Вернуться назад Распечатать

III MDB Oyunları: Bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün səkkiz idman növü üzrə yarışlar keçiriləcək.

1xeber.media  xəbər verir ki, Şəkidə çövkən üzrə bürünc medal uğrunda matçda Qazaxıstan və Qırğızıstan seçmələri üz-üzə gələcəklər.

Şəkidə eyni zamanda bədii gimnastika üzrə yarışlara start veriləcək.

Gəncə İdman Sarayında voleybol yarışının sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

Sözügedən idman mərkəzində qılıncoynatma görüşləri davam edəcək, güllə atıcılığına isə yekun vurulacaq.

Bundan başqa, Gəncədə 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.