Вернуться назад Распечатать

Rusiyanın daha bir İES-i vuruldu

Rusiyanın Bryansk vilayətinin Klintsı şəhərində yerli istilik elektrik stansiyasında (İES) güclü yanğın baş verib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Obyektə raket zərbəsi endirildiyi ehtimal olunur. Şahidlərin sözlərinə görə, yanğından əvvəl İES ərazisində güclü partlayış səsləri eşidilib.

Şəhər sakinləri Klintsıda elektrik enerjisi ilə bağlı problemlərin yarandığını bildirirlər.