Bir neçə gün əvvəl səhhəti pisləşən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır.
1xeber.media xəbər verir ki,bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
Hazırda onun Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir.
Xatırladaq ki, Y.Muradov iki gün əvvəl Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.