Вернуться назад Распечатать

Prezidentin ad gününə hazırlıq başladı

ABŞ  Prezidenti Donald Trampın növbəti doğum günündə, yəni 2026-cı il iyulun 14-də Ağ Evdə UFC döyüşü keçiriləcək. 

1xeber.media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Döyüşün məhz Trampın 80-ci doğum günündə təşkil edildiyi bildirilir. Məlumata görə, o, tez-tez UFC qarşılaşmalarında iştirak edir.

Ağ Evin həyətində baş tutacaq döyüşdən sonra sadəcə ot örtüyünü bərpa etmək üçün 700 min dollar sərf ediləcəyi deyilir.