Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşlərində Xəzər dənizinin dayazlaşdırılması məsələsi müzakirə olunub, çünki bu, hamını narahat edir.
RİA xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
“Azərbaycanda keçirilən görüşlərdə İlham Heydəroviç (Əliyev - red.) bu barədə danışırdı, indi Qazaxıstanda Qasım-Jomart Kemeleviç (Tokayev - red.) da məsələ qaldırır. Xəzərin dayazlaşması hamını narahat edir. Və əlbəttə ki, bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, - deyə Putin bildirib.