Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.
Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Macarıstanın Baş nazirini hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.