Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin son vəziyyəti açıqlanıb.
1xeber.media xəbər verir ki,bu barədə "Yeni Sabah"a oğlu Səbuhi Vaqifoğlu məlumat verib.
Onun sözlərinə görə, atasının səhhətində müsbət irəliləyişlər var:
"Həkimlə bu gün görüşmüşəm. Atamın vəziyyətində müsbət irəliləyişlər var. Təzyiq dərmanlarını da artıq dayandırıblar. Yavaş-yavaş ayılmağa çalışır".
Məlhəm Hospitalın reanimasiya şöbəsindən verilən məlumata görə, Vaqif Vəliyevin vəziyyəti stabildir:
"Hazırda xəstə tənəffüs aparatına qoşuludur. Vəziyyəti stabildir, yaxşılığa doğru gedir. Yavaş-yavaş aparatdan çıxartmağa çalışırıq. Bir az oyanması da var, lakin aparatdan təmiz çıxartmamışıq. Ümumi vəziyyəti hazırda müsbətə doğru irəliləyir".