Rusiya Fərat çayının şərqindəki Tabka rayonundan rejimin nəzarətindəki Xüms vilayətinə hərbi texnika və sursat göndərməyə başlayıb.
Bu barədə "Anadolu" agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumatda bildirilib.
Məlumata görə, 8 zirehli personal daşıyıcısı və 2 helikopter Xümsə gəlib.
Xatırladaq ki, “Təhrir əş-Şam” qruplaşması bir neçə gündür hücuma keçərək, Hələb və İdlib şəhərlərini və bir neçə hərbi bazanı, o cümlədən onlarla kənd və qəsəbəni ələ keçirib./axar az/