Вернуться назад Распечатать

Kobaxidze: "Zurabişvili hücum uğurlu olarsa, prezident sarayına girməyə hazırlaşırdı"

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili uğurlu hücum və çevriliş olacağı təqdirdə Tbilisidəki prezident sarayına daxil olmağa hazırlaşırdı.

1xeber.media xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bunu Rustavi 2 telekanalına müsahibəsində deyib.

Bundan əvvəl o, Avropa bürokratiyasının ölkə hakimiyyətinə qarşı dövlət əleyhinə hərəkətlərdə birbaşa iştirak etdiyini vurğulamışdı.

Oktyabrın 4-də Gürcüstanda yerli seçkilərdən sonra yeni kütləvi etiraz dalğası başlayıb. Nümayişçilər əvvəlcə Tbilisi küçələrinə çıxıblar. Axşam saatlarında etirazçılardan bəziləri prezident sarayına yaxınlaşaraq ora basqın etməyə cəhd ediblər.