Вернуться назад Распечатать

Yollarda yenə tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb.

1xeber.media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət: 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

10. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

11. Zərifə Əliyeva küçəsində sıxlıq müşahidə olunur.