Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının idarə heyətinin ölkə ovçularlını təmsil edən ovçu fəallarla geniş tərkibdə görüşü keçirilmişdir.
Bu barədə 1xeber.media-ya Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan Ovçuları və Təbiəti Mühafizə Klubu ilə birlikdə təşkil edilən tədbirdə müxtəlif təşkilatları təmsil edən nümayəndələrlə yanaşı, Azərbaycan Balıqçılar İttifaqı da qonaq qismində iştirak etmiş, gündəlikdə duran ovçuluğun hazırki problemləri, plan və perspektivlər, qarşıdakı dövr üçün Assosiasiyanın fəaliyyət prioritetləri, sahənin mövcud problemləri, ov mövsümünün açılması, biomüxtəlifliyin qorunması, fərdi ovçuluq təsərüfatlarının yaradılmasının təşfiqi və s. məsələlər ətrafında tədbir iştirakçılarının fikirləri dinlənilmiş, suallar cavablandırılmışdır.
Ovçuların yekdil görüşləri əsasında Asosiasiyanın ümumi strategiyası və prioritetlərinə uyğun olaraq bir sıra problemlərin aktuallaşdığı, habelə ovçuluq sahəsində uzun zamandan bəri yığılıb qalan çoxsaylı həlli vacib məsələlərin həlli məqsədilə sahə üzrə müvafiq icra orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə işlərin daha da effektiv şəkildə qurulması, Nazirliklə Assosiasiya arasında mövcud Anlaşma Memorandumunun tərəfdaşlıq formatına uyğun şəkildə vəhşi heyvan növlərinin sayğısında iştirak, ovçuluq təsərüfatlarında ekoloji və mühafizə şəraitinin birgə monitorinqi, ov mövsümünün açılması ilə bağlı problemlərin həlli, təsərüfatlarda kəskin ehtiyac duyulan zəruri infrastrukturların yaradılması, fərdi ovçuluq təsərüfatlarının formalaşdırılmasına dəstək və ən əsası sahəni tənzimləyən normativ hüquqi bazanın yenilənməsi ilə bağlı işlərə başlanılması üçün təşəbbüslərin göstərilməsi və konkret addımların atılması qərara alınmışdır.