Вернуться назад Распечатать

Məşhur kriminal avtoritet saxlanıldı

 
Türkiyədə “Cəhənnəm Necati” ləqəbli məşhur kriminal avtoritet Necati Coşkun Arabacı tutulub.

1xeber.media  DHA-ya istinadən xəbər verir ki, o, İzmir şəhərindəki Adnan Menderes adına Hava Limanında saxlanılıb.

53 yaşlı Arabacının İnterpol tərəfindən axtarışda olduğu bildirilib.

Qeyd edək ki, həm də “Kölnün babası” ləqəbi ilə tanınan N.Arabacı cinayətkar qruplaşma lideri kimi çirkli pulların yuyulması, xərac toplama, narkotik dövriyyəsi, silah qaçaqmalçılığı kimi cinayətlərdə şübhəli bilinir.