Вернуться назад Распечатать

Köçəryandan Paşinyanla bağlı ŞOK İDDİALAR

“8 avqustda Vaşinqtonda imzalanmış sənədlərdən tərəflər nə əldə etdilər? Əvvəla, ABŞ gələcəkdə formalaşacaq dəhliz üzərində konkret nəzarət hüququ qazandı, həmçinin Ermənistan–İran sərhədinə faktiki nəzarət etmək imkanı və nəhayət, prezidentinin Nobel mükafatına namizədliyini irəli sürmək fürsəti əldə etdi”.

1xeber.media  xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti, Qarabağ canisi Robert Köçəryan bildirib.

“Azərbaycan Ermənistan ərazisindən keçən dəhliz hüququ, Minsk qrupunun buraxılması və 907 saylı qətnamənin ləğvini aldı. Bəs Ermənistan nə aldı? Düzünü desəm, bu sənədlərdə Ermənistanın nə isə əldə etdiyi barədə konkret bir şey tapmağa çalışdım. Heç nə. Yalnız problemlər. Nəhayət, Nikol Paşinyan nə aldı? Burada artıq konkret bir şey var — o, ABŞ prezidenti Trampın imzası olan bir şəkil və hüquqi qüvvəsi olmayan bir sənəd aldı. Bu isə ona bir daha erməni xalqını aldatmaq imkanı verir.

İlkin nəticə kimi demək olar ki, Nikol Paşinyan Ağ Evdə sadəcə dekorasiya rolunda idi. Orada masa, stul, tablo, bayraq və Paşinyan vardı”, - deyə Köçəryan qeyd edib.