Вернуться назад Распечатать

Vaqif Vəliyev komadan ayıldı

Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.

1xeber.media xəbər verir ki, bu barədə Teleqraf-a onun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O qeyd edib ki, atasının səhhətində irəliləyiş var:

"Atam süni tənəffüs aparatından ayrılıb. Müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam edir".

Qeyd edək ki, Vaqif Vəliyev özəl klinikaların birinə yerləşdirilib.