Melitopol şəhəri də daxil olmaqla, Rusiyanın işğalı altında olan Ukraynanın bütün bölgəsi elektriksiz qaldı.
1xeber.media xəbər verir ki, yerli elektrik şirkətləri Telegram-da bildiriblər ki, qəza Ukrayna Silahlı Qüvvələrinin enerji obyektlərinə hücumu nəticəsində baş verib.
İşğal hakimiyyətinin başçısı Yevgeni Balitski elektrik enerjisinin kəsilməsini “müvəqqəti” adlandırıb və enerjinin iki saat ərzində bərpa olunacağına söz verib. Daha sonra elektrik şirkətlərinə istinadən bildirib ki, axşama qədər elektrik enerjisi bərpa olunmalıdır.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər yeniləməsində bu ərazilərdə enerji infrastrukturuna hər hansı hücum barədə məlumat verməyib.