Вернуться назад Распечатать

Paşinyan Putini təriflədi

1xeber.media xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.

Paşinyan ona ən xoş arzularını çatdırıb, eyni zamanda Ermənistan və Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, Vladimir Putinin bu prosesə şəxsi töhfəsini yüksək qiymətləndirib.

Bundan əvvəl Nikol Paşinyan Ermənistanın üç keçmiş prezidentini – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanı debata çağırıb. O, “Üçünüz, deyin, debata gələcəksiniz, yoxsa gəlməyəcəksiniz” ifadəsi ilə cavab verib.