Вернуться назад Распечатать

Suriyanın müdafiə naziri: "Kürdlərlə təcili atəşkəs razılaşması əldə olundu"

Suriya hökuməti ilə kürdlərin "Suriya Demokratik Qüvvələri" (SDQ) arasında bütün təmas xətləri boyunca təcili atəşkəs barədə razılaşma əldə olunub.

1xeber.media xəbər verir ki, bu haqda Suriyann keçid hökumətinin müdafiə naziri Murhaf Abu Kasra özünün "X" hesabında yazıb.

"İndicə Dəməşqdə Mazlum Abdi (SDQ komandiri) ilə görüş keçirdim. Biz Suriyanın şimalında və şimal-şərqində bütün təmas xətləri və bütün qüvvələrin yerləşmə nöqtələri boyunca hərtərəfli atəşkəs barədə razılığa gəldik", - deyə Abu Kasra qeyd edib.

Onun sözlərinə görə, razılaşma dərhal həyata keçiriləcək.