Fransanın “Tabe olmayanlar” partiyası Fransa lideri Emmanuel Makrona qarşı impiçment prosesinin başlanmasını təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 7-də partiyanın parlament qrupunun rəhbəri Mathilde Pano məlumat verib.
"Parlamentin 104 üzvü artıq impiçment təklifini imzalayıb. Sabah Milli Assambleya Bürosunda yeni səsvermə keçiriləcək", - o, sosial media platforması X (keçmiş Twitter) yazıb.
Pano qeyd edib ki, Fransa vətəndaşlarının 70%-i Makronun istefasını dəstəkləyir. O, bu statistikanın mənbəyini açıqlamayıb.