Вернуться назад Распечатать

Uşakov: MDB dövlət başçılarının qeyri-rəsmi görüşü ənənəvi olaraq Sankt-Peterburqda baş tutacaq

Rusiya prezidenti Vladimir Putin ilin sonunda Sankt-Peterburqda MDB dövlət başçıları ilə qeyri-rəsmi görüş keçirəcək.

1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Bizim prezidentimiz MDB iclasında çıxışı zamanı MDB dövlət başçılarını dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-rəsmi görüşə dəvət edəcək", - Uşakov qeyd edib.

O əlavə edib ki, görüşün tarixi hələ müəyyən edilməyib, lakin bir sıra mühüm tədbirlər, o cümlədən Tacikistana səfər və oktyabrın 15-də baş tutacaq Rusiya-Ərəb sammitinə hazırlıq başa çatdıqdan sonra qərar veriləcək.