1xeber.media xəbər verir ki, bu barədə X sosial media platformasında yazan Hollandiyanın müdafiə naziri Ruben Brekelmansın sözlərinə görə, pilotsuz uçuş aparatları (PUA) üçün ilk istehsal xətləri yaxın aylarda Hollandiyada fəaliyyətə başlayacaq.
"VDL zavodunda biz rekord müddətdə müdafiə istehsalını gücləndiririk. İlk dron istehsal xətləri bir neçə ay ərzində işə düşəcək. Qarşıda daha çox şey var. Qısacası, sürət və miqyas", o, açıqlamasında bildirib.
Nazir onu da vurğulayıb ki, layihə yeni iş yerləri yaradacaq və həm təhlükəsizliyə, həm də ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.
Bundan əvvəl Hollandiyanın baş naziri Dik Şof etiraf edib ki, Avropa İttifaqında (Aİ) Rusiyanın Avropada PUA insidentlərində iştirakına dair heç bir sübut yoxdur.