Rusiya İstintaq Komitəsi “Crocus Citi Hall”da baş vermiş terror aktı ilə bağlı iş üzrə konsert zalının sahibləri Araz və Emin Ağalarovların aktivlərinin dondurulmasını məqsədəuyğun hesab etməyib.
1xeber.media TASS-a istinadla xəbər verir ki, istintaq qərarını əsas ekspertizaların nəticələri əldə olunana qədər təxirə salıb. Ekspertizalar başa çatdıqdan sonra hüquqi qiymət veriləcək və təminat tədbirlərinin tətbiqi məsələsinə baxılacaq.
İstintaq Komitəsi həmçinin bildirib ki, Rusiya qanunvericiliyinə görə aktivlərin dondurulması yalnız təqsirləndirilən şəxslərin və ya onların maddi məsuliyyət daşıyan tərəflərinin əmlakına münasibətdə həyata keçirilə bilər.
Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.