Вернуться назад Распечатать

Bakının bu küçələrində sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

1xeber.media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

10. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

11. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

12. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

14. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

15. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.