Вернуться назад Распечатать

AYNA-nın 45 milyonluq XƏTLƏRİ...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

1xeber.media İqtisadiyyat.az-a  istinadən xəbər verir ki, Agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində - magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək.