Вернуться назад Распечатать

Anar Rzayev üçün naxoş iddialar...

Qeyd edək ki, hazırda bu qurum vətəndaşların ən çox narazı olduğu dövlət qurumlarından biridir və belə görünür ki, Anar Rzayevin “daşdan belə pul çıxarmaq” və durmadan vəətəndaşlara cərimə yazmaq istəyi Bakı sakinlərinin, həmçinin paytaxtın probleminə çevrilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Anar Rzayevin rəhbərliyi altında fəaliyyətə başladıqdan sonra kiçik və orta biznesin probleminə çevrilməklə yanaşı, həm də “Azparkinq” vasitəsi ilə sıravi insanların qorxulu röyasına çevrilib. Çünki avtomobillərini “Azparkinq” duracaqlarında saxlayan və qanuni ödəniş edən sürücülər bir gün sonra cərimələnmələri ilə bağlı bildiriş alamayacaqlarından əmin deyillər.

Xatırladaq ki, bu problem son zamanlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biridir. “Azparkinq” duracaqlarında qanuni ödəniş edən vətəndaşların cərimələnməsinin AYNA-nın rəhbər işçiləri tərəfindən planlı şəkildə həyata keçirilməsini isə elə öz əməkdaşları tərəfindən təsdiqlənib. “Azparkinq”in bələdçisi Kənan İlyasov AYNA-dakı mövcud dözülməz vəziyyətlə bağlı paylaşdığı şikayət videosunda bu məsələyə də toxunaraq bunu “Azparkinq” bələdçilərinin rəhbəri Zalış Zeynalov və İlkin Məmmədov edir. Onlara vətəndaşlara qanunsuz cərimələr yazmaqla bağlı tapşırıq verən şəxsin isə Xidmət rəisi Bəşirov Yalçın, həmçinin Azər Seyfullayevdir.

Yəni “Azparkinq”in bələdçisi Kənan İlyasov faktiki olaraq AYNA rəhbərlyinin vətəndaşlara qanunsuz cərimələr yazdıqlarını təsdiqləyib və bunun qarşılığında AYNA təqdim edilən faktlarla bağlı ağlabatan bir açıqlama belə verməyib.

Qeyd edək ki, tanınmış jurnalist Pərviz Həşimli də qanunsuz cərimələnməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Jurnalist bildirir ki, ödəniş etdiyi halda ona bir gün sonra cərimə yazılması ilə bağlı bildiriş gəlib və bunların sübutunu da təqdim edir.

Problemin ciddiliyini və AYNA-nın məsul şəxsləri tərəfindən cinayət xarakterli əməllərin həyata keçirildiyinin iddia olunduğunu nəzərə alaraq Polqon AYNA-mətbuat katibi Tural Orucova iddialrla bağlı rəsmi mövqe bildirməyi xahiş edib. Aldığımız cavab isə açığı bizi bir qədər təəccübləndirib.

Hörmətli Tural Orucov sorğumuza cavab olaraq, bildirib ki, parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın “141” Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. AYNA-nın sözçüsü qeyd edib ki, vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.

Açığı biz bu qıcığı konkret sorğumuza cavab olaraq də dəyərləndirə bilmərik və hesab edirik ki, bu şəkildə ümumi bir cavabla AYNA iddialarla bağlı məsuliyyətdən azad edə bilməz və M haqqında qanuna uyğun olaraq AYNA sorğumuza ətraflı cavab verməyə borcludur.

Həmçinin AYNA rəsmisin də sorğumuzdan və ortada olan ittihamlardan birbaşa yayınması onu deməyə əsas veri ki, qurumun iddialarla bağlı deməyə sözü yoxdur.

 

Poliqon.info