1xeber.media xəbər verir ki, oktyabrın 8-də HƏMAS-ın Siyasi Bürosunun katibi Taher əl-Nuno Fələstinin Həmas hərəkatı ilə İsrail arasında bir-birlərinə təhvil veriləcək məhbusların siyahılarını mübadilə etdiyini açıqlayıb.
"Bu gün razılaşdırılmış meyarlara və nömrələrə uyğun olaraq azad ediləcək məhbusların siyahılarının mübadiləsi aparılıb", - HƏMAS Telegram kanalında bildirib.
Hərəkat onu da vurğulayıb ki, hazırda bütün tərəflərin və vasitəçilərin iştirakı ilə dolayı danışıqlar davam edir. Müharibənin dayandırılması mexanizmlərinə, işğalçı qüvvələrin Qəzza zolağından çıxarılmasına, əsir mübadiləsinə xüsusi diqqət yetirilib. Əl-Nunonun sözlərinə görə, vasitəçilər razılığa gəlmək üçün bütün maneələri aradan qaldırmaq üçün əhəmiyyətli səylər göstərirlər. Danışıqlar nikbin atmosferdə gedir.