Xəbər verdiyimiz kimi, Gəncədə Mahrasa bağı yaşayış massivində, 15 saylı uşaq bağçasının yaxınlığında qətl hadisəsi baş verib.
1xeber.media Gencexeber.az-a istinadla xəbər verir ki, iki yeniyetmə arasında mübahisə zamanı 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda ölüb. Yeniyetmə Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdi olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Hadisəni törədənin müəyyən edilməsi və saxlanılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.