HƏMAS Donald Trampın (ABŞ Prezidenti) sülh planına müsbət cavab verərək sülhə sadiqliyini açıq şəkildə nümayiş etdirdi.
1xeber.media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın tədbirində çıxış edərkən deyib.
“Sülh bir qanadlı quş deyil. Bütün sülh yükünü HƏMAS və fələstinlilərin üzərinə yıxmaq olmaz. Əgər həqiqətən sülh istənirsə, İsrailin hücumları dərhal dayandırılmalıdır.
İşğal davam etdikcə işğalçılara qarşı ayağa qalxanlar da çoxalacaq. Atəşkəs və ədalətli sülh bütün tərəflər üçün ən məqbul variantdır”, - deyə Ərdoğan qeyd edib.