Вернуться назад Распечатать

Maşın bazarında avtosalon sahibi ağac kəsdi - Ona mane olmaq istəyən şəxsi yaraladı (VİDEO)

Bakının Badamdar qəsəbəsindəki maşın bazarında yerləşən "36A" avtomobil salonunun sahibi Cavad Əliyev obyektinin yaxınlığındakı ağacı kəsib. 

1xeber.media xəbər verir ki, bu barədə "Unikal"a həmin bazarda fəaliyyət göstərən Rizvan Mehdiyev məlumat verib. O bildirib ki, Cavad Əliyev mağazasında işləyən Bəxtiyar və qaynı İlham adlı şəxslərlə birlikdə ağacı kəsib:

"Görüntülər sentyabr ayının 30-da lentə alınıb. Ondan bir həftə əvvəl isə ağacın dibinə dizel yanacağı tökürdülər ki, qurusun. Onlar bu əməli törədəndə mən həmin şəxslərə irad bildirdim. Cavad isə xəbərdarlığa məhəl qoymadı və qeyri-etik ifadələr işlətdi. 

Daha sonra Cavad mənimlə mübahisə etməyə başladı. İki nəfər idilər. Biri məni tutdu, digəri isə başıma ağac parçası ilə zərbə endirdi. Xəsarət aldım.

Xəsarətimlə bağlı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan rəy almışam. Hazırda bu işlə bağlı polisdə araşdırma aparılır", - deyə R.Mehdiyev əlavə edib.