Вернуться назад Распечатать

Paşinyan: “Ermənistan “sülh üzərində” qurulan dördüncü respublika olacaq”

Ermənistan “sülh üzərində” qurulmuş Dördüncü Respublika olacaq.

1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Üçüncü Cümhuriyyət dövründə (1991-ci ildən) qəbul edilmiş konstitusiya sülh və xalqın iradəsi prinsiplərinə əsaslanmayıb. O, yeni sənədin birmənalı şəkildə buna əsaslanacağını vurğulayıb.

“Üçüncü Respublika münaqişə məntiqi üzərində qurulub, biz isə sülh məntiqi üzərində qurulmuş Dördüncü Respublikanı yaradırıq.