Вернуться назад Распечатать

3 nazir Ankarada bir araya gələcək

Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərlərinin üçtərəfli görüşü keçiriləcək.


1xeber.media  xəbər verir ki, nazirlər üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər.

Görüşdən sonra onlar birgə bəyannamə imzalayacaqlar və bəyanatlarla çıxış edəcəklər. 

MN rəhbərlərinin görüşü hər il rotasiya əsasında Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilir. Gələn il üçtərəfli görüşə Azərbaycan ev sahibliyi edəcək.