Вернуться назад Распечатать

Tramp Çikaqonun meri və İllinoys qubernatorunu həbs etməyə çağırıb

1xeber.media xəbər verir ki, Oktyabrın 8-də ABŞ prezidenti Donald Tramp Çikaqo meri Brandon Conson və İllinoys ştatının qubernatoru Cey Robert Pritzkerin həbs edilməsini istəyib.

"Çikaqo meri ICE zabitlərini qoruya bilmədiyi üçün həbs edilməlidir! Qubernator Pritzker də" deyə o, Truth Social sosial media platformasında yazıb.

O, sənədsiz immiqrantlara qarşı reyd zamanı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarını qoruya bilmədiklərini iddia etdi.