Вернуться назад Распечатать

Mingəçevirdə şagird ağır xəsarət aldı

Mingəçevirdə məktəbdə şagird ağır xəsarət alıb.

1xeber.media xəbər verir ki,  hadisə 4 saylı orta məktəbdə baş verib. 6-cı sinif şagirdi olan oğlan uşağı məktəbin həyətində sinif yoldaşları bir yerdə olduğu zaman baş nayihəsindən xəsarət alıb.Təcili özəl klinikalardan birinə çatdırılan yaralı şagird əməliyyat olunub.Klinikadan verilən məlumata görə, onun durumu orta-ağır olaraq dəyərləndirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, məktəblinin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

İzahatlar alınıb və hadisənin hansı zəmində baş verməsi ilə əlaqədar istintaq araşdırmaları davam etdirilir.