Litva Seyminin üzvü İqnas Vegele parlamentdə Litva Respublikasının dövlət bayrağının yanında Ukrayna bayrağının niyə göstərildiyini izah etməyi tələb edib.
1xeber.media xəbər verir ki, bayraq üstündə yaranan mübahisə barədə LRT.lt saytı məlumat yayıb.
“Siyasətçi Seymin kansleri ilə əlaqə saxlayıb, Seymin palatasında Litva Respublikasının dövlət bayrağının yanında Ukraynanın dövlət bayrağının hansı əsasda göstərilməsinə aydınlıq gətirilməsini tələb edib”, - məlumatda deyilir.
Kansler parlamentin bu simvolik jestin heç bir hüquqi əsasının olmadığını bildirib və hökumətdən hüquqi qiymət verilməsini istəyib.
Bundan əvvəl Litvanın mədəniyyət naziri İqnotas Adomaviçyus “Krımın kimindir” sualına cavab verdikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd olunur ki, nazirin fəaliyyəti onun vəzifədə olduğu bütün bir ay ərzində narazılığa səbəb olub, lakin onun istefasına birbaşa Adomaviçyusun yarımadanın mülkiyyəti ilə bağlı suala birbaşa cavab verə bilmədiyi müsahibə səbəb olub.