Вернуться назад Распечатать

Zakir Həsənov Türkiyəyə səfər edib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.

1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.