Вернуться назад Распечатать

Zalxa Osmanovanın rəhbərlik etdiyi Doğum Evində “təmirdən” gəlirə uzanan yol...-VİDEO

Suraxanı Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyində fəaliyyət göstərən Doğum Evinin baş həkimi Zalxa Osmanova ilə bağlı redaksiyamıza ciddi və narahatedici şikayətlər daxil olub. Məlumata görə, baş həkim adı çəkilən tibb müəssisəsində təmir işləri aparıldığını əsas gətirərək, bütün tibbi personaldan qanunsuz şəkildə pul tələb edir.

Həkimlərdən 1000, tibb bacılarından isə 500 manat…

Şikayətçilərin bildirdiyinə görə, hazırda təmir bəhanəsi ilə baş həkim həkim heyətindən 1000 manat, tibb bacılarından isə 500 manat məbləğində “pay” yığır. İddia olunur ki, bu tələblərə qarşı çıxan əməkdaşlar açıq-aşkar təzyiqə məruz qalır, işdən çıxarılmaqla hədələnir.

Müəssisədə yaranmış gərgin vəziyyətlə bağlı redaksiyamıza daxil olan şikayətlərə əsasən, Zalxa Osmanova xəstəxananı dövlət qanunları ilə deyil, şəxsi qaydaları ilə idarə edir. İşçilər bu vəziyyətdən bezdiklərini, lakin işlərini itirməmək üçün məcbur qalıb susduqlarını bildirirlər.