Вернуться назад Распечатать

Gəncədə yeniyetməni qətlə yetirinə şəxs polisə təslim oldu - YENİLƏNİB

Gəncədə 16 yaşlı yeniyetməni qətlə yetirən şəxs polisə təslim olub.

1xeber.media  xəbər verir ki, 2007-ci il təvəllüdlü Gəncə Şəhər sakini Rihat Cəfərov polisə gələrək təslim olub.

* *

Gəncədə 16 yaşlı yeniyetmənı bıçaqlayaraq qətlə yetirən şəxsin kimliyi məlum olub.

2009-cu il təvəllüdlü V.Rəfibəylini tanışı 2007-ci il təvəllüdlü R.Cəfərov bıçaqlayaraq qətlə yetirib. Hazırda onun tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

 * *

Gəncədə qətl olub.

Hadisə şəhərin Mağraha bağı adlanan ərazisində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdü, 11 sinif şagirdi Vaqif Rəfibəyıi bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.