1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Tacikistana səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, bu barədə oktyabrın 8-də Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Tacikistana səfər üçün əvvəlcədən elan edilmiş proqramdan əlavə, Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında görüş keçiriləcək", - Peskov bildirib.
O, həmçinin qeyd edib ki, görüşün özü iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətini nümayiş etdirir. Bundan başqa, Peskov Rusiyanın liderlərin görüşünə münasibətinin müsbət olduğunu vurğulayıb.