Вернуться назад Распечатать

Kürdəmirdə idarəetmədən çıxan avtomobil su kanalına düşüb, xəsarət alanlar var

Kürdəmirdə idarəetmədən çıxan avtomobil su kanalına düşüb, xəsarət alanlar var.

1xeber.media xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil əvvəlcə motosikletə çırpılıb, sonra yol kənarındakı su kanalına düşüb.

Qəza zamanı sürücü və qadın sərnişin, eləcə də motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.