Вернуться назад Распечатать

Hadrutun işğaldan azad edilməsindən 5 il ötür

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 5 il ötür.

1xeber.media xatırladır ki,2020-ci il oktyabrın doqquzunda Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır – bir neçə ərazimiz işğaldan azad edilir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün “X” səhifəsində xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən xəbəri verir. Ölkə başçısı Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.