Times Higher Education (THE) Dünya Universitetləri Reytinqi 2026 açıqlanıb.THE Dünya Universitetləri Reytinqinə bu il ilk dəfə daxil olan UNEC Azərbaycanda birinci, Cənubi Qafqazda birinci, dünyada isə 801-1000-ci yerə yüksəlib.
1xeber.media xəbər verir ki, bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov bildirib.
"Prezident İlham Əliyevin "Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli univetsitet olmalıdır!" tapşırığının icrası istiqamətində UNEC yeni uğura imza atdı.THE Dünya Universitetlər Reytinqinə bu il ilk dəfə daxil olan UNEC Azərbaycanda birinci, Cənubi Qafqazda birinci, dünyada isə 801-1000-ci yerə yüksəldi.
UNEC dünyanın ən yaxşı 1000 universitetləri sırasına daxil olan yeganə Azərbaycan universitetidir. Tədqiqat keyfiyyətinə görə isə UNEC dünyada 481-cidir!", - rektor deyib.Ə.Muradov əldə edilmiş bu uğur münasibətilə UNEC ailəsinin hər bir üzvünü təbrik edib və əməyi olan hər bir şəxsə təşəkkürünü bildirib."Times Higher Education (THE) Dünya Universitetləri Reytinqi 2026-ya daxil olan Azərbaycan universitetləniri də təbrik edir, uğurlar arzu edirəm", - rektor əlavə edib.