Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1xeber.media xəbər verir ki, ötən gün saat 23 radələrində Qafarlı Mehriban Sərdər qızı yaşadığı Xaçmaz rayonu, Qıraqlı kəndində yerləşən evinin hamam otağında dəm qazından zəhərlənib.
O, hadisə yerində vəfat edib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.