Вернуться назад Распечатать

Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti dayandırıldı

Tanınmış vəkil Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.

1xeber.media “Qafqazinfo”ya istinadən məlumat verir ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ötən gün bu barədə qərar qəbul edib. 

Z.Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.

Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib