Xalq artisti Əminə Yusifqızı vəfat edib.
1xeber.media xəbər verir ki, bu barədə xalq artistinin yaxınları məlumat verib.
Qeyd edək ki, Əminə Yusifqızı 24 sentyabr 1936-cı ildə Bakıda anadan olub.
Azərbaycanca fəaliyyət göstərən bir sıra teatrda, eləcə də "Azərbaycanfilm" kinostudiyasında çalışıb.
O, daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb