Вернуться назад Распечатать

Bakı məktəbində ilk QR kitabxana açıldı - Video

Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəbbüs reallaşdırılıb. 

1xeber.media Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, məktəb rəhbərliyinin təşəbbüsü ilə müəllimlər üçün QR kitabxana yaradılıb. 

QR kitabxanada müxtəlif janrlı resurslar- qısa hekayələr, motivasiyaedici kitab və məqalələrdən hissələr, lirik musiqi nümunələri, həmçinin qısametrajlı filmlər toplanıb. Müəllimlər mobil telefon vasitəsilə QR kodları oxudaraq arzu etdikləri bölmələrə daxil ola bilərlər. 

Layihənin əsas məqsədi pedaqoji heyətin asudə vaxtının səmərəli təşkili, mütaliə və şəxsi inkişaf vərdişlərinin rəqəmsal formatda təşviq edilməsidir. 

Məktəb rəhbərliyi bu təşəbbüsün təhsil müəssisəsində rəqəmsal resurslardan istifadənin genişləndirilməsinə, müəllimlərin peşəkar baxımdan inkişafetdirici mühitində fəaliyyət göstərmələrinə töhfə verəcəyini düşünür.