Вернуться назад Распечатать

Azərbaycanlı "TikTok"er Nyu-Yorkda faciəvi şəkildə öldü - FOTO/VİDEO

Azərbaycanlı yeniyetmə qız Bruklinin (Nyu-York şəhərinin 5 bölgəsindən biri. - red) "Marcy Avenue" metro stansiyasında faciəvi şəkildə həyatını itirib. 

1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı Zemfira Muxtarova və onun 13 yaşlı rəfiqəsi Ebba Morina qatarın vurması nəticəsində həlak olublar.

Belə ki, insident oktyabrın 4-də səhər saatlarında baş verib. Qızlar stansiyada "TikTok" platforması üçün video çəkərkən həyatlarından olublar. 

Məlumata görə, Zemfira və ailəsi Azərbaycandan Nyu-Yorka köçüb. Onun valideynlərinin sözlərinə görə, Zemfira gecə yarısı evdən gizlicə çıxıb və rəfiqəsi ilə metro stansiyasında görüşüb. 

O, Ebba ilə birlikdə hərəkət edən metro qatarının üstündə "TikTok" videoları çəkirmiş. Metroda sörfinqlə məşğul olduğu bildirilən Zemfira tez-tez "TikTok" hesabında Nyu-York şəhərinin metro stansiyalarından belə videolar paylaşırmış.