Вернуться назад Распечатать

Tokayev də Düşənbəyə getdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Düşənbəyə gedib. 

1xeber.media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Onu beynəlxalq hava limanında Tacikistanın baş naziri Koxir Rəsulzoda qarşılayıb.

Tokayev Tacikistan Prezidenti Emomali Rahmon ilə görüşüb. O, daha sonra Mərkəzi Asiya-Rusiya sammitində iştirak edəcək.

Oktyabrın 10-da Qazaxıstan prezidentinin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı planlaşdırılır.