Rusiya hiss edir ki, İran hakimiyyəti onun nüvə proqramı ətrafındakı vəziyyətə məqbul həll yolları tapmaqda qərarlıdır.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin oktyabrın 9-da Düşənbədə keçirilən Mərkəzi Asiya-Rusiya sammitində çıxışı zamanı deyib.
"İranın nüvə proqramı ilə bağlı vəziyyəti yalnız diplomatiya və danışıqlar yolu ilə həll etmək olar. Ağlabatan alternativ yoxdur. Biz iranlı tərəfdaşlarımızla sıx təmasdayıq və onların qarşılıqlı məqbul həll yolları tapmaq və MAQATE ilə konstruktiv əməkdaşlığı bərpa etmək əzmində olduqlarını hiss edirik", - Rusiya lideri qeyd edib.
Putin qeyd edib ki, MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) baş direktoru Rafael Qrossinin Rusiyaya son səfəri zamanı o, İranın nüvə proqramı ilə bağlı vəziyyəti ətraflı müzakirə edib.
O, həmçinin İran tərəfinin bütün məsələləri həll etmək istəyinə diqqət çəkib”. Hələ də texniki məsələlər var, lakin onların hamısı əldə olunmuş razılaşmalar həyata keçirildikdə bu çox mürəkkəb regional məsələnin yekun nizamlanmasına öz töhfəsini verəcək”, - dövlət başçısı bildirib.