Вернуться назад Распечатать

Ukrayna Silahlı Qüvvələri Donetsk Xalq Respublikasına geri çəkilərkən Tolyatti-Odessa ammonyak boru kəmərini partladıb

Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələrinin irəliləməsini ləngitmək üçün Tolyatti-Odessa ammonyak kəmərinin qolunu minalayıb və partladıb.

1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 9-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin bölmələrinin irəliləyişini ləngitmək üçün Ukrayna Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının RUSİN YAR kəndindən 2,5 km şərqdə Tolyatti-Odessa ammonyak kəmərinin qolunu minalayıblar”, - deyə məlumatda bildirilir.

Nazirlik aydınlaşdırıb ki, kəmərin partlaması nəticəsində zədələnmiş hissədən ammiak qalıqları buraxılıb. Rusiya hərbçiləri arasında itki yoxdur.