Вернуться назад Распечатать

Azərbaycan aylardır gözlədiyi cavabı aldı

Xəbər verdiyimiz kimi, bu gün Düşənbədə Azərbaycan və Rusiya dövlət başçıları İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş olub.

1xeber.media xəbər verir ki, bu, liderlərin 2024-cü ilin oktyabrından bəri ilk rəsmi görüşüdür.

O toplantıdan 2 ay sonra, ötən ilin 25 dekabrında Azərbaycanın əsla unutmayacağı o hadisə baş verdi.

Səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğradı.

Araşdırmalardan sonra təyyarənin Rusiya səmasında vurulması iki ölkə arasında əsrlərə dayanan münasibətlərə bir növ soyuqluq gətirsə də, bu gün liderlərin iclasında Putinin söhbətə məhz həmin qəza ilə başlaması Azərbaycan hakimiyyətinin aylardır gözlədiyi cavab idi.

Rəsmi Bakı dəfələrlə Rusiya qarşısında insidentə görə üzr istənilməsini, məsuliyyətin üzərinə götürməsini, zərərçəkənlərin yaxınlarına kompensasiyaların ödənilməsini və bu hadisədə əli olan günahkarların cəzalandırılmasını şərt olaraq bəyan etmişdi.

Bugünkü görüşdə Rusiya Prezidenti səsləndirdiyi açıqlamarla Bakının bütün bu şərtlərini qəbul etdiyini göstərdi.

Təkbətək müzakirələr zamanı Rusiya liderinin atdığı bu addım həm də Simonyan, Solovyov, Zatulin və digər ermənipərəstlərin məkrli arzularını ürəyində qoydu.

Ermənipərəst demişkən burada Rusiyada anti-Azərbaycan və ermənipərəst qüvvələrin ölkəmizə qarşı məqsədyönlü fəaliyyəti də rəsmi Bakını narahat edən başqa mövzu idi ki, Putin media qarşısında açıqlamaları ilə həm bu məsələni də qaranlıq qalmağa qoymadı.

Rusiya dövlət başçısı Azərbaycan lideri ilə təkbətək söhbətində ticarət əlaqələrindən və bunu daha da genişləndirmək arzusundan söz açmaqla ölkəmizin regiondakı tranzit rolunu və onun əhəmiyyətini önə çəkdi. Bunu isə bir növ, Azərbaycanla dostluğun gətirdiyi müsbət üstünlüklər kimi də qiymətləndirmək olar.

Bir sözlə, şimaldan gələn isti küləklər regionda düşmənçilik istəyənlərin xəyallarını əritdi.qafqazinfo