Вернуться назад Распечатать

Qalmaqallı direktor vəzifəsindən azad edildi

Səs yazısı yayılan Bakı şəhəri 201 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru işdən azad edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən (MÜTDA)  verilən məlumata görə, bununla bağlı Agentliyin direktoru Eşqi Bağırov Əmr imzalayıb.

Əmrə əsasən, direktor Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, sosail şəbəkələrdə yayılan səs yazısında 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Qafqazinfo